Uzunömürlülüyün üç əsas SİRRİ

 21:00 11.03.2024     362

Sağlam qocalma və qida əlavələri üzrə aparıcı tədqiqatçı Andrea Mayer uzunömürlülüyün üç əsas komponentini müəyyən edib. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Mayer fiziki fəaliyyət və idmanı ömrün uzadılmasını təmin edən əsas amil hesab edir. O, çəkilərlə müntəzəm məşq etməyə, evdə və ya təmiz havada gimnastika etməyə çağırıb. 

"Bütün bu məşqlər bədəndə hüceyrələrin fəaliyyət göstərməsinə, yenilənməsinə və maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edən bir çox müxtəlif kimyəvi reaksiyalara səbəb olur", - deyə ekspert izah edib.

Tədqiqatçı qidalanmanı uzun və sağlam həyatın ikinci əsas aspekti adlandırıb. O, vurğulayıb ki, uzunömürlülərin qida rasionunun əsasını lobya, müxtəlif dənli bitkilər, meyvələr, tərəvəzlər, göyərti və toxumlar təşkil edir. Mayer əlavə edib ki, təkcə balanslaşdırılmış qidalanma deyil, həm də çox yeməmək vacibdir.

Nəhayət, mütəxəssis yuxu rejimimi yaxşılaşdırmağı məsləhət görüb. O qeyd edib ki, gecə yeddi-doqquz saat yatmaq, həmçinin yuxu-oyanma cədvəlini ardıcıl saxlamaq lazımdır. Onun sözlərinə görə, son araşdırmalar göstərir ki, yuxuya getmək və eyni vaxtda oyanmaq vərdişi orqanizmə səkkiz saatlıq yuxudan daha çox fayda verir.

Yusif EYVAZLI