Pəhriz zamanı yeyə biləcəyiniz şirniyyatlar

 00:25 14.03.2024     466

Dietoloqlar pəhriz saxlayarkən hansı şirniyyatları istehlak etməyin düzgün olduğunu açıqlayıblar.

Redaktor.az lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, tərkibində yağ olmayan şirniyyatlar istehlak etmək daha məsləhətlidir.  

Pəhrizdə gavalı, quru ərik və kişmişi pəhrizinizə təhlükəsiz şəkildə daxil edə bilərsiniz. Bu qidalar həzmi yaxşılaşdıracaq və aclığın öhdəsindən gəlməyə kömək edəcəklər.

Bundan əlavə tərkibi 70% kakao ehtiva edən şokoladlara üstünlük vermək lazımdır. Ürək və damarlar üçün faydalı olacaq.

Zefir və marmelad orqanizmi pektinlə təmin edəcək, bu da aclıq hissini doyurmağa kömək edəcək. Pəhrizinizdə həmçinin təbii baldan istifadə edə bilərsiniz.