Miqreni təhrik edən QİDALAR
"Donuz əti, sosiska və kolbasa miqrenə səbəb ola bilər".
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu nevroloq Anastasiya Tarasova deuib.
O bİldirib ki, miqrendən əziyyət çəkən insanların əksəriyyəti, bir qayda olaraq, miqren tutmasının yaranmasına səbəb olan təhrikedici qidalardan istifadə edir:
"Miqrenləri ən çox təhrik edən geniş yayılmış qidalar arasında donuz əti və kolbasadır. Müxtəlif növ pendirlər, hisə verilmiş ətlər, balıq məhsulları, qoz-fındıq, paxlalılar, duzlu kələm, şərab da tərkibində tiramin adlı xüsusi maddənin olması səbəbindən miqren yarada bilər. Miqreni tərkibində kofein olan məhsullar tətikləyə bilər. Bundan əlavə, spirtli içkilər, sitrus meyvələri və tropik meyvələr qəbul edərkən diqqətli olmalısınız".
Humay İSGƏNDƏRLİ