Böyrəklər soyuqlaya bilər? - Həkim AÇIQLADI
"Böyrəklərdə soyuqdəymə olmaz".
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə həkim Elena Malışeva və German Qandelman bildirib.
Malışeva böyrəklərin soyuqlaya biləcəyi fikrini yanlış fikir adlandırıb.
"Soyuqdəymə böyrəklərə zərər vermir. Böyrəklər bədənin dərinliyində, bağırsaqların arxasındadır. Böyrəkləriniz, insanların dediyi kimi, soyuqlaması üçün sizi dondurucuya qoymaq lazımdır”, - Malışeva bildirib.
Qandelmanın sözlərinə görə, böyrək sağlamlığı diabet, hipertoniya və piylənmə kimi xəstəliklərdən təsirlənir.
"Bütün bunlar böyrəklərdə xəstəliyin meydana gəlməsinə səbəb olur", - deyə Malışeva qeyd edib.
Yusif EYVAZLI