Bunlar yuxu keyfiyyətini artırır - Həkim AÇIQLADI

Martın 15-də qeyd olunan Ümumdünya Yuxu Günündə Avropa Tibb Mərkəzinin (EMM) nevroloqu və somnoloqu Nikolay İlyin orqanizmin kifayət qədər yuxu almasına kömək edən vərdişlərdən danışıb.
Bu barədə Redaktor.az "izvestiya"ya istinadən xəbər verir.
Xüsusilə o, yatmazdan əvvəl qara çaydan imtina etməyi tövsiyə edib, çünki bir fincan özündə 47 mq kofein ehtiva edir. Bu, bir fincan qəhvədəki miqdarın təxminən ⅔ hissəsidir. Bu səbəbdən yatmazdan əvvəl qara çay yuxuya mane ola bilər.
"Ancaq öz sevimli içkinizi tamamilə inkar etmək lazım deyil. Yatmazdan ən azı 2-3 saat əvvəl qara çay içməmək kifayətdir", - deyə həkim bildirib.
O, yatmazdan əvvəl şirniyyatdan uzaq durmağı da tövsiyə edib.
“Bir-iki peçenye və ya bir parça tort bir çox insan üçün yatmazdan əvvəl (xüsusilə də bir stəkan qara çay ilə) adi qəlyanaltıdır. Lakin bu yüksək yağlı, yüksək şəkərli qidalar "qastroezofageal reflü" xəstəliyinə (GERD) səbəb ola bilər. Bundan əlavə, şirniyyatlar insulinin təsiri nəticəsində qanda şəkərin səviyyəsini artırır və nəinki həyəcanın artmasına və yuxu problemlərinə səbəb ola bilər, həm də müxtəlif xəstəliklərin, məsələn, şəkərli diabetin inkişafına səbəb ola bilər”, - mütəxəssis izah edib.
Bundan əlavə, o qeyd edib ki, gecələr daha yaxşı yatmaq üçün gündüz yuxusu ilə həddindən artıq yüklənməmək vacibdir. Əks halda, bu, gecə istirahətinizin keyfiyyətinə təsir edə bilər. Gündüz ən yaxşı vaxt nahardan 20 dəqiqə sonra və günorta saat 14-15-dən gec olmayaraq yatmaq lazımdır.
Humay İSGƏNDƏRLİ