Həftəsonu çox yatanların nəzərinə: Həkimdən XƏBƏRDARLIQ

 22:14 15.03.2024     382

Əczaçı Deborah Li insanları həftə sonları yatmamağa çağırıb. Bu vərdiş düzgün istirahətə mane olur və yorğunluğun yığılmasına kömək edir. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

 

Mütəxəssisin sözlərinə görə, bir çox insanlar həftə sonları yuxusuzluğunu kompensasiya etməyə çalışsalar da, əks nəticə əldə edirlər:

 

"Növbəti iş həftəsi üçün güc toplamaq əvəzinə, özlərini hədsiz və yorğun hiss edirlər.Gec oyanmaq orqanizmin daxili saatını pozur və yuxuya getməyi çətinləşdirir. Bu qeyri-sabit rejim ümumi sağlamlığa zərər verir, narahatlığa və digər problemlərə səbəb olur. Ən azı yeddi saat yatmaq lazımdır, lakin bəzilərinin daha çox istirahətə ehtiyacı ola bilər.

Deborah Li, rejimi fərdi ehtiyaclara uyğun tənzimləməyi, həftə sonları yatmaq vərdişindən əl çəkməyi, yuxusuzluğunu isə gün ərzində qısa müddətli yatmaqla kompensasiya etməyi tövsiyə edib.

Yusif EYVAZLI