Bu xəstələr oruc tutarkən diqqətli olsun

 09:27 18.03.2024     397

Oruc tutma qərarı fərdi olaraq verilməli, şəkərli diabet və mədə-bağırsaq xəstəlikləri olan insanlar ehtiyatlı olmalıdırlar.

Redaktor.az xəbər verir ki, bu barədə "TASS"a Moskva Səhiyyə Departamentinin mütəxəssisi Andrey Tyazhelnikov danışıb.

 O bildirib ki, orucun başlanğıc günlərində tərəvəz, meyvə, qoz-fındıq və dənli bitkilər yemək olar:

"Bütün insanlara sağlamlıq baxımından ciddi oruc tutmaq tövsiyə edilmir. Oruc, hər şeydən əvvəl, məhdudiyyətlərin köməyi ilə insanın öz üzərində mənəvi çalışmasıdır. ədə-bağırsaq xəstəlikləri, şəkərli diabet, dəmir çatışmazlığı, bəzi digər xroniki xəstəlikləri olanlar, eləcə də kəskin xəstəlikdən sonra zəifləyənlər diqqətli olmalıdırlar. Hamilə və süd verən qadınlara, uşaqlara, qocalara oruc tutmaq tövsiyə edilmir".

Humay İSGƏNDƏRLİ