Uşaqlar hansı yaşda yuxu görməyə başlayır?

 09:43 19.03.2024     431

"Uşaqlar qarışıq yuxuları 4 yaşından, kabusları isə 1,5 yaşından görürlər".

Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, bunu rusiyalı nevroloq Natalya Konşina deyib.

Həkimin sözlərinə görə, uşaqlara qorxulu və kabuslu yuxunu görməyin əsas səbəbi körpənin sinir sistemində gərginliyin artmasıdır.

"Gecə qorxularının yaranmasının pik dövrü gündüz yuxusundan imtina vaxtıdır. Uşaq uzun müddət oyaq qalmaqdan yorulur, yuxu ritmlərini tənzimləyən sistem həddən artıq yüklənir, bu da qorxuya səbəb ola bilər”, - deyə uşaq nevroloqu bildirib. 

Həmidə İBRAHİMLİ