Ürək-damar xəstəliklərindən qorunmaq üçün menyu

 00:25 20.03.2024     418

Ürək-damar sağlamlığının qorunması uzun və sağlam ömür sürməyin bir nömrəli şərtidir. Kardioloq Mərd Palabıyık ürək-damar xəstəliklərinin təsirlərini azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün bir günlük nümunəvi qidalanma rejimini izah edib.

Redaktor.az medicina.az-a istinadən həkimin bir günlük qida menyusunu təqdim edir:

Səhər yeməyi: çay, 1-2 dilim az yağlı pendir, 2-3 ədəd az duzlu zeytun, 1 çay qaşığı mürəbbə və ya bal, salat (pomidor, xiyar, rukkola, zeytun yağından ibarət), 1 dilim çovdar çörəyi.

Qəlyanaltı: 1 porsiya mövsümi meyvə.

Nahar: quru lobya yeməyi və ya yağsız ət (toyuq, balıq, qaynadılmış ət (60-90 q), makaron və ya bulqur plovu (1 porsiya), salat (yağsız).

Qəlyanaltı: bir ovuc çərəz.

Şam yeməyi: şorba, ət və tərəvəz yeməyi, 1 kasa qatıq, salat, 1 dilim çovdar çörəyi.

Qəlyanaltılar: meyvə, 1 stəkan az yağlı süd.