Halvanın faydaları

 09:29 27.03.2024     532

"Halva yemək gəncliyi uzada bilər".

Redaktor.az "Izvestiya"ya istinadən xəbər verir ki, bunu bioloq İrina Lyalina deyib.

O bildirib ki, qoz-fındıq və ya günəbaxan tumlarından hazırlanan halva zülal, vitamin və kalsium, dəmir və maqnezium kimi minerallarla zəngindir:

"Bundan əlavə, halva ürək sağlamlığını yaxşılaşdırmağa və iltihabı azaltmağa kömək edə biləcək sağlam yağ turşularını və antioksidanları ehtiva edir. Yoğun bağırsaqdakı faydalı bakteriyaları “qidalandıran” lif tərkibinə görə halva yaşlı insanlar üçün çox faydalıdır . Günəbaxan halvasının tərkibində olan E vitamini qocalıqla mübarizə aparır və qadınlar üçün çox faydalıdır. Fıstıq halvasının əsas komponenti qığırdaq və dişlər üçün lazım olan mikroelement silisiumdur ”.

Humay İSGƏNDƏRLİ