Bağırsaq xərçəngini yaradan amillər
"Güclü spirt kolon (yoğun bağırsaq) xərçəngi riskini 70% artırır".
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə onkoloq Beslan Balkarov danışıb.
O bildirib ki, bütün onkoloji xəstəliklər arasında bağırsaq xərçəngi müxtəlif yaşlarda olan xəstələrdə aparıcı mövqe tutur və ən çox 50-60 yaşlı kişilərdə rast gəlinir:
“Təəssüf ki, bağırsaq xərçəngi, bir çox onkoloji xəstəliklər kimi, ilkin mərhələdə demək olar ki, simptomsuz keçir. Xəstə nəcis anomaliyalarını və defekasiyadan sonra qan laxtalarının əmələ gəlməsini müşahidə etdikdə xəstəliyin həyəcan siqnalları olduqca gec görünməyə başlayır. Xəstələrinin əksəriyyəti 50 yaş və yuxarı insanlardır. Həkimlərin müşahidələrinə görə, 55 ildən sonra bağırsaq xərçənginin kliniki hallarının tezliyi artır və 70 yaşlı xəstələrdə ən yüksək həddə çatır".
“Pəhrizdə lif və sağlam qida maddələrinin kəskin çatışmazlığı olan sürətli yeməklərin, yüksək miqdarda trans yağları olan yüksək kalorili qızardılmış qidaların həddindən artıq istehlakı bağırsaq xərçəngi riskini 40%-ə qədər artırır", - deyə onkoloq bildirib.
Humay İSGƏNDƏRLİ