Xroniki yuxusuzluğun əsas SƏBƏBLƏRİ

 21:38 27.03.2024     297

"Xroniki yuxusuzluğun fizioloji səbəbləri ola bilər".

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə terapiya mütəxəssisi Mayk Kocsis bildirib.

Kocsis qeyd edib ki, yuxu pozğunluğu tez-tez 2-ci tip diabetli insanlar tərəfindən yaşanır. Onun fikrincə, bu, qanda şəkərin səviyyəsinin dalğalanması ilə bağlıdır:

"Həddən artıq aşağı səviyyələr yorğunluq və yuxusuzluğa, yüksək səviyyə isə tualetə getmək üçün gecələr oyanmağa ehtiyac yaradır. Bundan əlavə, diabet aclıq və toxluq hormonlarının - "qrelin" və "leptinin" istehsalını pozur".

Kocsisin sözlərinə görə, yuxusuzluğun başqa bir səbəbi baş ağrılarına, tənəffüs çətinliyinə və sinə ağrılarına səbəb olan yüksək qan təzyiqidir.

"Qalxanabənzər vəzi həddindən artıq çox hormon istehsal edərsə, yuxu problemləri də yarana bilər. Bu zaman insan narahatlıq, sürətli ürək döyüntüləri hiss edir. Daimi yuxusuzluqdan əziyyət çəkirsinizsə, melatonin səviyyəniz aşağı ola bilər. Melatonin bədənimizin daxili saatını və yuxumuzu tənzimləyən beyin tərəfindən istehsal olunan bir hormondur”, - Koçsis bildirib. 

Mütəxəssis son olaraq qeyd edib ki, yuxu çətinliyi bəzən "progesteron" hormonunun çatışmazlığından qaynaqlanır.

"Bu hormon beynin və orqanizmin sakitləşməsinə və istirahətinə kömək etdiyi üçün yuxunun tənzimlənməsində mühüm rol oynayır. Yuxusuzluğun dəqiq səbəbini yalnız həkim müvafiq analizləri öyrəndikdən sonra müəyyən edə bilər".

Yusif EYVAZLI