130/80 yüksək təzyiqdir, yoxsa normal?

 00:19 01.04.2024     498

Arterial təzyiqin yeni normaları açıqlanıb.

Redaktor.az "medicina"ya istinadən xəbər verir ki, məşhur həkimlər Yelena Malışeva və German Qandelman arterial təzyiq barədə fikirlərin dəyişdiyini bildirib.

“Artıq yeni rəqəmlər qəbul olunub: indi 120/80 mm göstərici və ondan aşağı növ təzyiq normal hesab olunur. 130-a qədər normaldır fikri qəbul edilmir.

Təzyiqin 130/80-ə çatması və keçməsi təzyiqin yüksəlməsi hesab olunur, lakin bu hələ hipertoniya diaqnozu qoymağa əsas vermir.

Əgər rəqəmlər mütəmadi 130-dan bir az da yuxarı qalxarsa, I dərəcəli hipertoniya diaqnozu qoyulur və müvafiq müalicə yazılır.

Bundan sonra arterial təzyiqi daimi nəzarətdə saxlamaq lazımdır, çünki o, insulta səbəb olur.

Əgər beyin damarına qan 140/90 dərəcədə təzyiq edirsə, o damar əvvəl-axır yırtılır.

Təzyiqi hələ göstərici 130/80 olan vaxtda nəzarətə götürmək daha asandır. Xəstə həyat tərzi və qidalanmasını dəyişməlidir”.