Emosional tükənmənin əlamətləri hansılardır?

 02:12 01.04.2024     313

Özünüzü daim yorğun hiss edirsiniz? Güc itkisi və hər gün etdiyiniz işlərin öhdəsindən gələ bilməyəcəyinizi düşünürsünüzsə, emosional tükənmə yaşayırsınız.

Redaktor.az "lent.az"a istinadən emosional tükənmənin əlamətləri barədə məlumat verir.

Fakt budur ki, belə yorğunluq psixoloji xarakter daşıyır. Emosional yorğun olan insanlara səkkiz saatlıq yaxşı yuxu belə kömək etmir. Həyat və iş keyfiyyətinin pisləşməsi, diqqətin itməsi, işə fokuslanmağın çətinləşməsi, həvəssizlik, heç nədən zövq almamaq, işləmək istəməmək emosional tükənmənin əlamətidir.

Mütəxəssislərin fikrincə, belə insanlar şüuraltı olaraq hətta öz işini sabotaj edə bilər. Emosional tükənmə depressiya aparıb çıxara, şəxsi və dostluq münasibətlərində də problemlər yarada bilər.