Sağlamlığınızı qorumaq üçün komediyalar izləyin - Həkimdən maraqlı TƏKLİF
"Komediyalara baxmaq sağlamlığa müsbət təsir edir".
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki. bu barədə həkim Olqa Tkaçeva danışıb.
Tkaçevanın sözlərinə görə, gülüş ürək-damar sisteminin sağlamlığına müsbət təsir göstərir. Məlumatı daha yaxşı yadda saxlamağa kömək edir və ömrü uzadır, çünki insan gülən zaman nəfəs alması aktivləşir və bütün orqanlarda qan dövranı artır.
"Gülüş birbaşa ağrı və immunitet sistemi də daxil olmaqla müxtəlif beyin proseslərinə təsir göstərir. Komediyalara baxmaq ağrının intensivliyini azaldır. Bu, gülüş zamanı ağrının şiddətini azaldan, yaxşılıq hissi yaradan, sevinc hissi yaradan müəyyən neyrotransmitterlərin (serotonin, endorfin, dofamin, oksitosin) ifraz olunması ilə bağlıdır”.
Mütəxəssis vurğulayıb ki, gülüş həm də antikor istehsal edən immun sisteminin hüceyrələrinin böyüməsini stimullaşdırır və bu da yoluxucu xəstəliklərə qarşı həssaslığı azaldır.
Yusif EYVAZLI