104 yaşlı kişi uzunömürlülük üçün ən yaxşı məhsulu AÇIQLADI

 22:58 03.04.2024     590

ABŞ-də təqaüdçü 104 yaşını qeyd edib və uzunömürlülüyünə səbəb olduğuna inandığı bir məhsulun adını çəkib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, o son illərdə yaşadığı qocalar evində ailəsi və dostları ilə əlamətdar hadisəni qeyd edib. İkinci Dünya Müharibəsi zamanı bu adam B-24 bombardmançı təyyarəsində uçuş mexaniki vəzifəsində çalışıb və 28 dəfə döyüş tapşırıqlarında iştirak edib. Üstəlik, son uçuş zamanı yüzillik təyyarəsi Almaniya üzərində vurulduqdan sonra sağ qalmağı bacaran üç həmkarından biri olub.

O kartofu uzun və xoşbəxt həyat üçün ən yaxşı məhsul adlandırıb. Hər gün bunu yediyini bildirib və hər kəsə eyni şeyi etməyi tövsiyə edir.

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən