Smartfondan çıxan mavi işıq bu xəstəliyə çevrilə bilər - Həkim AÇIQLADI

 17:59 05.04.2024     427

"Smartfondan çıxan mavi işıq yuxu rejimini təmin edən hormon (melatonin) istehsalını boğur".

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bu haqda psixoterapevt və nevropsixoloq Diana Dalqatova məlumat verib.

O deyib ki, az miqdarda melatonin isə öz növbəsində nəinki yuxusuzluğa səbəb olur, həm də gün ərzində insanın rifahına mənfi təsir göstərir:

"Vaşinqtondakı Beyin və Psixiatriya Tədqiqatları Mərkəzindən aparılan bir araşdırma, melatonin istehsalının smartfon ekranından gələn mavi işıqdan asılı olduğunu aşkar etdi. Öz növbəsində, Hayfa Universiteti və İsraildə yerləşən Assuta Yuxu Klinikası eksperiment aparıb və müəyyən ediblər ki, mavi işığa məruz qalma yuxunun müddətini və onun davamlılığını azaldır. Belə problemlər sonda əsl xəstəliyə - yuxusuzluğa çevrilə bilər. Yuxusuzluq öz növbəsində depressiyaya səbəb ola bilər, çünki yuxu olmaması emosional vəziyyətə mənfi təsir göstərir".

Humay İSGƏNDƏRLİ