Saqqız çeynəmək zərərlidir? - Həkim AÇIQLADI

 20:49 05.04.2024     346

"Saqqız, məşhur yanlış təsəvvürün əksinə olaraq, qastritin inkişafına səbəb olmur".

Redaktor.az xəbər verir ki, qastroenteroloq Ekaterina Kaşux, bu barədə “izvestiya” ilə söhbətində bildirib.

Kaşux acqarına saqqız çeynəmək vərdişinin mədə şirəsinin istehsalını artırması və qastritə səbəb olması inamını səhv adlandırıb.

"Əslində, bu belə deyil və hətta uzun müddət çeynəmək mədə şirəsinin həcminə və turşuluğuna ciddi təsir göstərmir. Çoxları ürək yanmasından xilas olmaq ümidi ilə saqqız çeynəyir. Bu üsul mənasız deyil, çünki çeynəmə zamanı daha çox tüpürcək əmələ gəlir. O, mədədə artıq turşuyu yuyur və bununla da narahatlığı aradan qaldırır. Lakin bunun heç bir elmi sübutu yoxdur", - həkim qeyd edib.

Onun sözlərinə görə, saqqız çeynəməyin elmi cəhətdən sübut edilmiş faydaları da var.

"Məsələn, diş çürüməsinin qarşısını alır. Yemək yeyərkən ağızda turşuluq artır və bu da diş minasına zərər verir. Turşu səviyyəsi təbii olaraq bir saat ərzində, saqqızla isə cəmi 20 dəqiqə ərzində normallaşdırılır. Saqqız bir müddət aclığı yatırmağa və qəlyanaltı həvəsindən yayındırmağa kömək edir. Ancaq arıqlamaq üçün bu üsuldan istifadə etməməlisiniz. Birincisi, daim çeynəmək vərdişi həzmsizliyə səbəb ola bilər, çünki saqqızdakı dadlandırıcılar yüngül işlətmə təsirinə malikdir. İkincisi, qəlyanaltıları digər vasitələrlə əvəz etməmək, yaxşı yemək vərdişlərini öyrənmək daha effektivdir".

Yusif EYVAZLI