C vitamininin həddindən artıq istifadəsi TƏHLÜKƏLİDİR
"C vitamini sağlamlıq üçün vacibdir, lakin onun bədəndə çox olması çox az olduğu qədər təhlükəli ola bilər".
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu diyetoloq Yelena Solomatina deyib.
O bildirib ki, bu vitamin artıq olduqda, sərbəst radikal kimi fəaliyyət göstərməyə başlaya bilər:
"Bu, bədəndəki sağlam hüceyrələrin məhv olacağı deməkdir. Bundan əlavə, hamiləlik dövründə C vitamininin artıq olması dölün inkişafına mənfi təsir göstərə bilər. Bu maddənin çox olması süd verən analar və körpələr üçün zərərli ola bilər. Bu qrup qadınların özlərindən C vitamini qəbul etməsi çox təhlükəlidir".
Humay İSGƏNDƏRLİ