Keçəlliyə səbəb olan xəstəliklər

 09:48 08.04.2024     394

"Saç həcminin 10%-dən çoxunun itirilməsi patoloji hesab olunur".

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bu sözləri dermatoloq Mariya Vasilyeva deyib.

Dermatoloq əlavə edib ki, keçəlləşmə müxtəlif xəstəliklərin və digər sağlamlıq problemlərinin nəticəsi ola bilər:

"Normal, fizioloji səbəbli saç tökülməsi hər gün baş verir, bu, saç böyüməsi dövrü ilə əlaqədardır. İnsanın doğulduğu başındakı tük follikullarının sayından asılı olaraq gündə 100-ə qədər tükün tökülməsi normaldır. Müəyyən sahələrdə baş verən saş incəlməsi ilə ümumi saç həcminin 10% -dən çoxunun itirilməsi bir patoloji hesab edilə bilər. Bu problemi özünüz həll etməyə çalışmaq tövsiyə edilmir, çünki saç tökülməsi yalnız bir simptomdur və  buna bir çox  xəstəliklər səbəb ola bilər".

Bu vəziyyətdə yaxşı yemək lazımdır, qidalanmada protein üstünlük təşkil etməlidir. Siz həmçinin dəmir, sink, B, D, C vitaminlərinin çatışmazlığını kompensasiya etməlisiniz. Bundan əlavə, apteklərdə satılan xarici gücləndirilmiş kosmetik losyonlardan istifadə etməlisiniz.

Üç-dörd aydan sonra problem davam edərsə və ya saçsız bölgələr görünsə, bir həkimə müraciət etməlisiniz.

Humay İSGƏNDƏRLİ