Öd kisəndə daş olduğunu necə bilməli?

 01:45 13.04.2024     497

Öd kisəsində olan daşlar kalsium və xolesterinin bərkimiş toplantısıdır.

Onlar öd axarlarını bloklayır, öd şirəsinin nazik bağırsağa axmasının qarşısını alır, nəticədə həzm pozulur, ürəkbulanma baş verir.

Redaktor.az "medicina"ya istinadən xəbər verir ki, qadın və kişilərdə öd daşı simptomları fərqli ola bilər və qadınlarda öd daşı xəstəliyi daha çox yaranır.

Piylənmə, diabet, artıq çəki, tez arıqlama, dietalar, oturaq iş, hamiləlik, 45 yaşdan yuxarı risk deməkdir.

Öddə daş olduğunu göstərən 8 əsas əlamət:

Qabırğaaltı nahiyədə tutma spazmları, kəskin sancı;

Ağır və yağlı yeməkdən sonra köp, ağrı, ürəkbulanma;

Güclü bulantı, qusma, yeməyin ağıza qayıtması;

Ağrı zamanı titrəmə, hətta qızdırma;

Saralma- biliburin qana çox sıçradığı üçün dəri və gözlərdə saralma;

Qəfil arıqlama, iştahsızlıq. 

80% hallarda öd daşı yarananda, xırda olanda insan heç bir simptom hiss etmir.