Elektron siqaret ağızda yanıqlar yaradır - Stomatoloq

 17:04 16.04.2024     301

"Elektron siqaretlər ağız mukozasında yanıqlara və infeksiyalara səbəb olur".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu stomatoloq Vladimir Losev deyib.

O bildirib ki, elektron siqaret kifayət qədər isti buxar çıxarır ki, bu, ağız və ya dilin selikli qişasının yanıqlarına səbəb olur:

"Nadir hallarda bu, xoralara və ya digər toxuma zədələnməsinə səbəb olur. Bundan əlavə, tədqiqatlar göstərir ki, siqaret ağızda mikrofloranın tarazlığını dəyişə bilər, bu da öz növbəsində kariyes, stomatit və digər yoluxucu xəstəliklərin inkişafına səbəb ola bilər".

Humay İSGƏNDƏRLİ