Qan laxtalarının əmələ gəlməsinin səbəbi - Həkimdən XƏBƏRDARLIQ

 19:36 23.04.2024     364

"Nəbz artımı ölümcül qan laxtalarının əmələ gəlməsinə səbəb ola bilər".

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə kardioloq Diana Çexoeva xəbərdarlıq edib.

Kardioloq izah edib ki, idman zamanı və ya orqanizmin stressə reaksiyası kimi baş verən ürək döyüntüsünün artması normal hal sayılır. Ancaq digər hallarda sürətli nəbz sağlamlıq problemlərinin əlaməti ola bilər.

"Sürətli ürək döyüntüsü ürəkdə qan laxtalanmasının səbəbi ola bilər, xüsusən də atrial fibrilasiya kimi ürək ritminin pozulması varsa".

Çexoeva, qan laxtalarının ölümcül təhlükə yaratdığına diqqət çəkib.

"Bu, insult inkişaf riskini xeyli artırır. Onların meydana gəlməsinin qarşısını almaq üçün nəbz daim yüksək olarsa, həkimə müraciət etmək lazımdır", - həkim qeyd edib.

Yusif EYVAZLI