Bu qidalar dişləri saraldır - DİQQƏTLİ OLUN

 02:12 30.04.2024     331

Mütəxəssislər dişləri ağ saxlamağın asan yolunu açıqlayıblar.

Redaktor.az "lent.az"a istinadən xəbər verir ki, xüsusilə tərkibində rəngləndirici olan qidalardan qaçınmaq lazımdır. 

Çay, qəhvə, souslar, qablaşdırılmış şirələr, qənnadı məmulatları dişlərin rəngini saraldır. Bu məhsullardan hər hansı birini istehlak etdikdən sonra, mütləq su ilə ağız yaxalanmalıdır. Bu sadə prosedur yemək bitdikdən dərhal sonra həyata keçirilməlidir. Mütəxəssislər daha çox düyü, ət, yumurta ağı, süd və fermentləşdirilmiş süd məhsullarından istifadə etməyi tövsiyə edir.