Şirniyyatı çox yeməyin zərərləri

 09:43 02.05.2024     306

"Şirniyyata daimi həvəsin göstərə biləcəyi ilk şey 2-ci tip diabetin inkişafıdır".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu dietoloq Daria Rusakova deyib.

“2-ci tip diabet və diabet vəziyyətində qanda çoxlu insulin istehsal olunur və qlükozada ciddi sıçrayışlar müşahidə olunur. Bu, insanda başgicəllənmə, zəiflik və ürək bulanmasına səbəb olur. Bədən stabil vəziyyətə qayıtmaq üçün şirniyyat yemək istəyi yaranır”, - deyə o bildirib.

O deyib ki, depressiv əhval-ruhiyyə də daha çox şəkər tərkibli məhsullar istehlak etmək istəyini oyadır:

"İnsan uzun müddət stress keçirəndə bu vəziyyətini şirniyyatla kompensasiya etməyə çalışır. Uşağın uşaqlıqdan şirniyyatla mükafatlandırılması da yanlış asılılıq yaradır. Tez-tez şirniyyat yemək istəyinin başqa bir səbəbi bədəndə mikroelementlərin çatışmazlığı ola bilər: minerallar, B vitaminləri və xrom".

Humay İSGƏNDƏRLİ