Ən zərərli tərəvəz açıqlandı

 00:19 05.05.2024     365

Tərəvəzlər içində ən zərərli kartofdur. 

Redaktor.az "medicina"ya istinadən xəbər verir ki, qastroenteroloq Darya Utyumova kartofun zərərlərini açıqlayıb.

“Kartofun fərqi yoxdur, sarısı, qırmızısı yüksək qlikemik indeksə malikdir.

O, sürətlə qanda qlükozaya çevrilir.

Qanda şəkərin tez-tez artması orqanizmin bütün sistemlərinə zərərdir.

Kartof çox yedikdə mədəaltı vəz əlavə olaraq, insulin hasil edir ki, yüksək şəkəri salsın. Bu da əlavə olaraq bədəndə piy toplanmasına səbəb olur.

Qeyd edək ki, qlikemik indeks çiy ərzaqla bişirilmiş arasında fərqlidir.

Məsələn, suda qabıqlı bişmiş kartofa nisbətən püredə indeks yüksəkdir.

Diabet və insulin dirənci olan insanlara kartof yemək olmaz”.