Bu meyvə diabet və təzyiq xəstələrinin dərmanıdır – Tam mövsümüdür

 00:19 06.05.2024     324

Şəkər və təzyiqi tarazlıqda saxlayan ən təsirli meyvələrdən biri quşarmududur.

Redaktor.az "Medicina"ya istinadən xəbər verir ki, bu meyvənin mövsümü may və iyun aylarıdır. Yəni, diabet və təzyiq xəstələri üçün qida rasionlarına bu faydalı meyvəni daxil etməyin tam vaxtıdır.

Bu bitki may-iyun aylarında ağ güllər açır, daha sonra meyvə verir, qışda yarpaqlarını tökür. Meyvələri yumru və ya armudvari, rəngi yaşılımtıl-sarıdan qırmızı-qəhvəyiyə qədər dəyişir, acı dadı var.

Onun meyvələri parasorbin turşusu, alma turşusu, şəkər (sorbos), sorbitan turşusu, pektin, karotenoidlər və C vitamini ehtiva edir.

Meyvənin tərkibində təbii şəkər olsa da, dadı acı olduğu üçün onu birbaşa yemək çətindir. Bişirildikdə dadındakı acılıq itir. Ona görə də şərbət və ekstraktlarından istifadə etmək məsləhətdir.

Bu meyvədən hazırlanan şərbət diabet xəstələrinin pəhrizlərinə uyğun əla dadlandırıcı funksiyasını yerinə yetirə bilər.

Quşarmudundan təkcə diabet və təzyiq xəstələri yox, hər kəs faydalana bilər. Çünki bu meyvənin başqa yararlı xüsusiyyətləri də var. Sidikqovucu və menstrual ağrı kəsici xüsusiyyətlərə malikdir. Qəbizliklə mübarizə aparır. C vitamini ilə zəngindir, buna görə də immunitet sistemini gücləndirir.