Psixoloqdan həyatda motivasiya tapmaq üçün MƏSLƏHƏTLƏR

 22:26 08.05.2024     242

"İnsan özünü inkişafa sövq etmək üçün öz arzusunu və ya yaxın məqsədini tapmalıdır".

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə psixoloq İrina Brajnikova məlumat verib.

Onun sözlərinə görə, inkişaf tanış şeylərə yeni bir şəkildə baxmağa vadar edən hər şey hesab edilə bilər. Məsələn, rəqs etmək, musiqi alətində ifa etmək, maraqlı insanla söhbət etmək inkişaf sayılır. Bu cür fəaliyyət beyində yeni sinir əlaqələri yaradır.

Mütəxəssis qeyd edib ki, işdə stress və tükənmişlik kimi gündəlik çətinliklər yaşamaq motivasiyasına çox təsir edir. Buna görə də, həyat tərzini düzgün qurmaq və inkişaf etdirmək vacibdir.

Yusif EYVAZLI