Ruhi pozğunluqların ən çox görülən səbəbi - ARAŞDIRMA

 22:06 10.05.2024     259

Uşaqlıqda zorakılıq ümumi psixi pozğunluqların 41 faizini təşkil edir.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə avstraliyalı elm adamları araşdırma ediblər.

Tədqiqatın bir hissəsi olaraq alimlər psixi sağlamlıqla bağlı milli sorğularda iştirak edən on minlərlə avstraliyalının məlumatlarını təhlil ediblər.

Onlar uşaqlıqda zorakılıq və yetkinlik dövründə psixi xəstəliklərin inkişafı arasında əlaqə axtarırdılar, eyni zamanda genetik meyl kimi digər amilləri də nəzərə alırdılar.

Nəticədə onlar müəyyən ediblər ki, uşaqlıqda zorakılıq insan böyüdükcə psixi problemlərə təsir edən əsas amildir.

Yusif EYVAZLI