Yuxu probleminiz varsa buna əməl edin - Həkim AÇIQLADI

 20:42 15.05.2024     374

Reabilitasiya həkimi Sergey Aqapkin yuxu problemi olan insanların alınlarına sərin kompres qoymasını məsləhət görüb. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Aqapkin bildirib ki, axşam otağı havalandırmaq yuxunu yaxşılaşdırmağa kömək edəcək. Ancaq yayda olduğu kimi otaq soyumasa, kompresə müraciət edə bilərsiniz.

“Yatmazdan əvvəl dəsmalı soyuq suda isladıb, sıxıb çıxarıb başınıza sərin kompres vura bilərsiniz. Bu, yuxuya getməyi xeyli asanlaşdırır”, - deyə o qeyd edib.

Yusif EYVAZLI