Yeyib kökəlməmək üçün 3 mühüm vərdiş

 01:45 17.05.2024     268

Yeyib kökəlməyən insanlar haqda tez-tez eşidirik. Əslində bu, heç də qəribə bir vəziyyət deyil. Hər şey insanın maddələr mübadiləsinin sürətindən asılıdır. Əgər maddələr mübadiləniz sürətlidirsə, daha çox kalori xərcləyəcəksiniz. Bu isə gün ərzində qəbul etdiyiniz kalorilərin bədəndə toplanmaq əvəzinə orqanizmin fəaliyyəti üçün sərf olunacağı mənasına gəlir.

Deməli, yeyib kökəlməyənlərdən olmaq üçün maddələr mübadiləsini sürətləndirmək lazımdır.

Redaktor.az "medicina"ya istinadən maddələr mübadiləsini sürətləndirən ən mühüm 3 vərdişi təqdim edir

1. Soyuq su içmək

Soyuq su içmək metabolik sürətin müvəqqəti artmasına səbəb olur, çünki orqanizm suyu bədən istiliyinə çatdırmaq üçün enerji sərf edir. Bu sadə vərdişi hər yeməkdən yarım saat əvvəl tətbiq etmək maddələr mübadiləsini sürətləndirəcək.

2. Acılı qidalara üstünlük vermək

Acı bibər kimi qidalarda olan “kapsasin” maddələr mübadiləsini sürətləndirmək potensialı ilə tanınır.

“Kapsaisin” bədən tərəfindən istehsal olunan istiliyi artırır, termogenez vasitəsilə daha çox kalori yandırmağa imkan verir.

3. Keyfiyyətli yuxu

Yuxu çatışmazlığı uzun müddətdə metabolik proseslərdə dəyişikliklərə, hormon balansının pozulmasına və piylənməyə səbəb olur. Yuxusuzluq aclıq hormonları olan qrelin və leptin balansına da təsir edir. Bu balanssızlıq aclıq hissini və iştahı artırır. Beləliklə, həddindən artıq yemək çəki artımına gətirib çıxarır.