Dieta saxlamaq xərçəngə səbəb ola bilər

 19:26 17.05.2024     282

Endokrinoloq Zuxra Pavlova elmi əsərlərə istinad edərək, dietanın qanda şəkərin səviyyəsini aşağı salmaq və orqanizmdə xərçəng hüceyrələrini məhv etmək üçün təsirli olması fikrini təkzib edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Pravda.ru"ya danışıb.

Onun sözlərinə görə, bu cür qidalanma əks effekt verərərək xərçəngin inkişafına kömək edə bilər.

Həkim qeyd edib ki, səhərlər kəskin aclıq hissi kortizol istehsalını artırır. Bundan əlavə, dieta saxlamaq əzələlərin parçalanmasına səbəb olan protein çatışmazlığına səbəb olur.

Eyni zamanda, ac qalmaq bədənin xərçəngə qarşı qoruyucu qabiliyyətlərini azaldır.

Ona görə də bu yanaşmanı qəbul edənlərin xərçəngdən ölmə ehtimalı daha yüksəkdir.

Sultan AYXAN