Çörəyin tərkibindəki VİTAMİNLƏR

 09:48 21.05.2024     309

"Dünyanın ən məşhur qidalarından biri olan çörək sərfəli qida olmaqla yanaşı, həm də sağlamdır. Bununla belə, bu məhsul haqqında hər kəsin bilməli olduğu bəzi faktlar var".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu sağlam qidalanma sahəsində ekspert Tatyana Meşçeryakova söyləyib.

Ekspert bildirib ki, yüksək keyfiyyətli çörək təkcə toxluq hissi verən qiymətli qidalı məhsul deyil, həm də orqanizm üçün vacib olan lif mənbəyidir:

"Çörək B vitaminləri (B1, B2, B4, B5, B6, B9), E və C vitaminləri ilə zəngin olmaqla yanaşı, maqnezium, selen, sink, dəmir, mis, silikon kimi mineralları da ehtiva edir. Çörək məmulatları kateqoriyasında bu qədər geniş çeşiddə məhsullar olduğundan, çörəyin tərkibinə baxmaq son dərəcə vacibdir. Klassik çörəkdə ən çox müxtəlif növ un, su, duz, maya və ya turş xəmir (mayasız çörək üçün) olur. Çörəyə şəkər, ədviyyat, kəpək, toxum və qoz da əlavə etmək olar. Soyudulmuş çörəyə üstünlük verin. Təzə bişmiş çörəyin ətri və xırtıldayan qabığı nə qədər cazibədar olsa da, onu soyudaraq yemək yaxşıdır".

Humay İSGƏNDƏRLİ