Həkim velosiped sürməyin faydalarını AÇIQLADI

 19:53 21.05.2024     337

"Velosiped sürmək bədəni gücləndirir və hətta gəncliyi uzadır". 

Redaktor.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu nəqliyyat vasitəsi ilə səyahət etməyin faydalarını nevroloq Yekaterina Demyanovskaya bildirib.

Demyanovskayanın sözlərinə görə, velosiped sürərkən insan daha tez-tez və daha dərin nəfəs alır və bunun sayəsində orqanizm daha çox oksigen alır. Bu, immunitet sistemini gücləndirir, infeksiya riskini azaldır və qırışlar prosesini ləngidən kollagenin istehsalını təşviq edir. Həmçinin əlavə oksigen yaddaş və düşünmə qabiliyyətinə yaxşı təsir edir.

"Üstəlik, velosiped sürmək yaxşı bir kardio məşqdir. Belə məşqlər sayəsində ürək-damar sistemi yaxşılaşır və arterial hipertoniya, ateroskleroz, infarkt və insult riski azalır. Velosiped sürmək dözümlülüyü artırmağa, yağ yandırmağa və əzələ qurmağa kömək edir. Velosiped sürmək də sinir sisteminə müsbət təsir edir və əhvalınızı yaxşılaşdıra bilər".

Yusif EYVAZLI