İnsultdan qoruyan MƏHSULLAR
"İnsultun qarşısını almaq üçün gündə 500 q meyvə yemək lazımdır".
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq-dietoloq Yelena Çurakina məlumat verib.
Dietoloq qeyd etdi ki, meyvə və tərəvəzlərdə vitaminlər və minerallar, həmçinin xolesterolun udulmasını azaltmağa kömək edən çox miqdarda lif var:
"Bəzi növ ət və süd məhsullarının tərkibində olan yağların payı bütün yağların gündəlik qəbulunun 10%-dən çox olmamalıdır. Qlükoza səviyyəsini sabit saxlamaq üçün şəkəri yüksək olan qidalardan, sadə karbohidratların həddindən artıq istehlakından qaçınmalısınız".
Humay İSGƏNDƏRLİ