Qocalanda maşın SÜRÜN!

 18:50 22.05.2024     316

"Columbia University Health"in alimləri avtomobil sürməyin insanların sağlamlığına müsbət təsir etdiyi qənaətinə gəliblər.

Redaktor.az xəbər verir ki, onların nəticələrinə görə, bu təsir yetkinlik yaşına çatmış bir insanın beyninin yaddaşına, diqqətinə və idrak qabiliyyətlərinə aiddir.

Tədqiqatın rəhbəri Dr. Quohua Li qeyd edib ki, yaşı 55-dən yuxarı olan sürücülərin eyni yaşda olan piyadalarla müqayisədə koqnitiv zəifləmə və depressiyaya düşmə riski daha azdır.

Bundan əlavə, yaşlı insanların mütəmadi olaraq avtomobil idarə etməsi bir növ soyuqqanlılığın və özünü idarə etmə qabiliyyətinin göstəricisi kimi xidmət edir.

İstənilən vaxt maşına minib öz işi ilə məşğul ola bilən insan özünü çox vaxt azad və müstəqil hiss edir.

Ancaq orta yaşda avtomobil idarə etməkdən imtina etmək, əksinə, insanın canlılığına mənfi təsir göstərə bilər.

Tədqiqatda avtomobil idarə etməyi dayandıran insanlar dostları və ailəsi ilə qarşılıqlı əlaqəni azaldıblar.

Doktor Li bunu  insanın fiziki və intellektual qabiliyyətlərinin azalması ilə izah edib.

Sultan AYXAN