Həkim bağırsaq xərçənginin əsas əlamətlərini sadaladı

 23:43 22.05.2024     316

Bağırsaq xərçəngi diaqnozu qoyulmadan illər əvvəl ortaya çıxan üç əsas əlamət nəcisdə qan, bağırsaq hərəkətlərində dəyişikliklər və qarın ağrısıdır.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail"ə amerikalı onkoloq Kimmi Nq bildirib.

Həkimin sözlərinə görə, son onilliklərdə gənc yaş qrupunda (29 yaşa qədər) mədə-bağırsaq xərçənginə tutulma nisbətləri kəskin şəkildə artıb. Üstəlik, xəstəlik təkcə pis vərdişləri olan insanlarda deyil, çox idmanla məşğul olan, sağlam qidalanan və genetik olaraq xərçəngə meylli olmayanlarda da baş verir.

Həkim qeyd edib ki, xəstələnmə hallarının artmasına potensial səbəblər qeyri-sağlam qidalar, plastik çirklənmə və antibiotiklərdən istifadə ola bilər. O, həmçinin diaqnozdan illər əvvəl ortaya çıxan bağırsaq xərçənginin üç əsas əlamətinin nəcisdə qan, bağırsaq hərəkətlərində dəyişikliklər və qarın ağrısı olduğunu izah etdi. Daha az açıq bir əlamət səbəbsiz kilo itkisidir.

Bundan əlavə, elmi işi zamanı onkoloq D vitamini çatışmazlığının xərçəngin inkişaf riskinə təsir edə biləcəyini aşkar edib. Həkim açıqlayıb ki, qanda bu maddənin yüksək səviyyəsi bağırsaq xərçəngi olan insanların, xüsusən üçüncü və dördüncü mərhələdə daha yaxşı yaşaması ilə əlaqələndirilir.

Turan İSMAYIL