Alimlər insult riskini artıran məhsulları AŞKARLADI

 23:35 23.05.2024     391

Bostondakı Massaçuset General Hospitalının alimləri müəyyən ediblər ki, ultra emal olunmuş qidaların (fast food, cips, dondurma, soda) həddindən artıq istehlakı insult riskini 8% artıra bilər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Neurology" jurnalında dərc olunub.

Alimlər 45 və daha yuxarı yaşda olan 30 239 nəfərin qida rasionunu təhlil etdikdən sonra bu qənaətə gəliblər. Əvvəlcə tədqiqatçılar iştirakçıların gündə orta hesabla nə qədər ultra emal olunmuş qida qəbul etdiyini müəyyən ediblər. Ultra emal edilmiş qida emulqatorlar, qatılaşdırıcılar və süni ləzzətlər əlavə edilməklə mümkün qədər çirklərdən təmizlənmiş təmizlənmiş inqrediyentlərdən sənaye şəraitində istehsal olunan qidaya aiddir. Adətən çox miqdarda duz, şəkər və yağ ehtiva edir. Məlumat toplandıqdan sonra subyektlərin 11 illik müşahidə dövrü başlayıb.

Bu müddət ərzində 768 nəfərə koqnitiv pozğunluq diaqnozu qoyulub, 1108 nəfər insult keçirib. Elm adamları, istehlak edilən ultra emal olunmuş qidaların miqdarının on faiz artmasının bilişsel pozğunluqların inkişaf riskinin 16 faiz artması ilə əlaqəli olduğunu təxmin edib.

Həmçinin məlum olub ki, belə qidaların həddindən artıq istehlakı insult ehtimalını 8% artıra bilər. Eyni zamanda qida rasionunda daha çox işlənməmiş və minimal işlənmiş qidalar (bitki qidaları, qoz-fındıq, balıq, taxıl) olan insanların kəskin serebrovaskulyar qəza riski 9% azalıb.

Turan İSMAYIL