Belə kartof zəhərləyir

 19:44 24.05.2024     595

Göyərmiş, yaşıla çalar kartof ən zəhərləyici təsirli kartofdur.

Redaktor.az xəbər verir ki, terapevt, tibb elmləri namizədi Marqarita Koroleva yaşıl rəng almış kartofun zərərindən danışıb:

“Kartof gün altında uzun müddət qaldıqda yaşıl rəng alır. Bu zaman onda zəhərli solanin əmələ gəlir. Əgər artıq kartof yaşıldırsa, onu almaq, yemək olmaz. Bu çox təhlükəlidir.

Belə kartofu çox yemək ciddi zəhərlənmə verə bilər. Kartof seçərkən sağlam olanını seçin”.