Xolesterol səviyyəsini artıran QİDALAR
"Xolesterol insan orqanizmində hüceyrələrin düzgün işləməsində mühüm rol oynayan üzvi birləşmədir. Lakin onun artıqlığı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər".
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu həkim-mütəxəssis Yekaterina Akinina deyib.
O əlavə edib ki, xolesterol membranın bir hissəsi olduğu üçün hüceyrənin fəaliyyətində mühüm rol oynayır:
"Həmçinin, xolesterin həzmi təmin edən fermentlərin sintezində, hormonal sistemlərin, o cümlədən D3 vitamininin sintezində iştirak etməklə reproduktiv sistemlərin fəaliyyətində iştirak edir, immun, hematopoetik və skelet sistemlərini idarə edir”.
Həkim orqanizmdə xolesterolu artırdığı üçün məhdudlaşdırılması tövsiyə olunan bir neçə qida qidanın adını çəkib. Belə ki, onun sözlərinə görə, aşağıdakılar xolesterolu əhəmiyyətli dərəcədə artırır:
dondurma, fruktoza, şirin sərinləşdirici içkilər, tortlar, kekslər, piroqlar, kruvasanlar; kərə yağı və ya qaymaq ilə bişmiş tərəvəzlər; kolbasa, sosiska; pendir, qaymaq, qatıq; trans yağlar və sərt marqarinlər, xurma, kokos və kərə yağı...
Humay İSGƏNDƏRLİ