Bakıda 65 gün komada qalmış qadın sağaldı - FOTO

 10:34 30.05.2024     344

65 gün koma vəziyyətində müalicə alan qadın evə buraxılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Yeni Klinikanın sosial şəbəkə hesabında məlumat paylaşılıb. 

Bildirilib ki, Şamaxı Abbasova klinikaya böyrək daşı, sepsis, poliorqan çatışmazlığı diaqnozları ilə qəbul edilib.

Daha sonra sepsisə ikinci mərhələdə kəskin tənəffüs çatışmazlığı sindromu diaqnozu qoyulub və bu səbəblə xəstə süni tənəffüs aparatına qoşulub.

3 aya yaxın klinikanın Reanimasiya şöbəsində, daha sonra Terapiya şöbəsində stasionar müalicə alan xəstə multidisiplinar yanaşma sayəsində ağır vəziyyətdən xilas edilərək ambulator müalicə üçün evə yazılıb.