Siqaretin ZƏRƏRLƏRİ

 09:03 31.05.2024     412

"Statistikaya görə, dünyada bütün ölümlərin 15%-nin səbəbi siqaretdir".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu tibb elmləri namizədi Anton Kazennov deyib.

O vurğulayıb ki, siqaret çəkməyin nəticələri dərhal görünmür, lakin ciddi xəstəliklərə səbəb olur:

"Bunlara hər yaşda onkologiyanın inkişafı, ürək-damar və tənəffüs sistemlərinin zədələnməsi, ürəyin işemik xəstəliyi, insult, periferik damar xəstəlikləri, serebrovaskulyar xəstəliklər və bronxit inkişaf riskinin artması daxildir. Qan laxtalanması və sonsuzluq riski də artır".

Kazennov qeyd edib ki, siqaret təkcə siqaret çəkənin özünə deyil, ətrafındakı insanlara da zərər verir.

Humay İSGƏNDƏRLİ