Alimlər beyin şişinin müalicəsində irəliləyiş əldə edib

 10:51 07.06.2024     336

ABŞ-nin Şimal-Qərb Universitetinin alimləri aqressiv beyin şişi qlioblastomasının müalicəsində böyük irəliləyiş əldə ediblər. 

Redaktor.az bu barədə “Nature Communications” jurnalına istinadən xəbər verir ki, ultrasəs cihazları terapevtik dərmanların qan-beyin baryerini keçməsinə imkan verərək onların təsirini gücləndirib.

Qeyd edilən yeni üsul, qan dövranı sistemi ilə mərkəzi sinir sistemi arasında fizioloji maneə olan qan-beyin baryeri vasitəsilə anticisimlərin nüfuzunu yaxşılaşdırmaq üçün kəllə sümüyünə ultrasəs cihazının implantasiyasını nəzərdə tutur.

Bu ultrasəs sayəsində dərmanların beyinə nüfuz etməsinə imkan verən maneəni müvəqqəti açan mikrobaloncuqlar əmələ gəlib.

Metod daha əvvəl ənənəvi kimyaterapiya və eksperimental müalicə almış şişləri olan dörd xəstə üzərində sınaqdan keçirilib. Nəticələr beyində dərman konsentrasiyasının əhəmiyyətli dərəcədə artdığını göstərib ki, bununla da xəstənin sağ qalma müddətini artıra bilər.

Yusİf SƏMƏDZADƏ