Alkoqolun yaratdığı xərçəng növləri - Həkim AÇIQLADI
"Alkoqol asılılığı olan insanlar içməyənlərə nisbətən xərçəngə daha çox tutulurlar".
Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, onkoloq Anastasiya Maryenko spirtli içkinin səbəb olduğu yeddi xərçəng növünün adını çəkib.
Maryenko xəbərdarlıq edib ki, müntəzəm spirt istehlakı düz bağırsaq, yemək borusu, qaraciyər, boğaz, qırtlaq və ağız xərçəngi riskini artırır. Həmçinin, onun sözlərinə görə, pis vərdiş həm kişilərdə, həm də qadınlarda döş xərçənginin inkişafına səbəb ola bilər.
"Alkoqol orqanizmin hüceyrələrinə toksik təsir göstərir, onların DNT-sini zədələyir və hüceyrənin normal bölünməsi proseslərini pozur. Zədələnmiş hüceyrələr xərçəng hüceyrələrinə çevrilə bilər ki, bu da xərçəngin inkişafına səbəb olur. Alkoqol qəbulu qaraciyər və qida borusunun bədxassəli zədələnməsinin inkişafı ilə sıx bağlıdır və bu, hormonların, xüsusilə insulin və estrogenlərin istehsalına da təsir göstərir. Qadınlarda bu hormonların çox olması süd vəzi, "endometrium" və yumurtalıq xərçəngi riskini artırır".
Maryenko əlavə edib ki, etanolun parçalanma məhsulu insanlar üçün xüsusilə təhlükəlidir.
"Bu maddə təkcə asmalara səbəb olmur, həm də hüceyrə strukturlarına, o cümlədən DNT, zülallar və lipidlərə zərər verir. Zamanla bu, hüceyrələrin böyüməsi və bölünməsinin tənzimlənməsi prosesini pozur, bədxassəli hüceyrələrin böyüməsinə səbəb olur.", - deyə o qeyd edib.
Yusif EYVAZLI