Xoruldayan insanların diqqətinə - Səbəbi bu olar bilər

 20:42 21.06.2024     429

"Davamlı xoruldayan insanlarda hipertoniya riski iki dəfə çoxdur".

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, avstraliyalı həkimlər Tibb və İctimai Sağlamlıq Kollecindən Dr. Bastien Lesha və "Flinders" Universitetinin Yuxu Sağlamlığı Departamentinin direktoru Denni Ekkert xoruldamanın bu təhlükəli nəticəsi barədə danışıblar.

Həkimlər xoruldamağı yüksək təzyiqin göstəricisi kimi müəyyən ediblər, çünki yuxunun pozulması hipertoniya riskini artırır.

“Biz mütəmadi olaraq xoruldayanların nəzarətsiz hipertoniyaya tutulma riskinin iki dəfə çox olduğunu müşahidə etdik. Bu risk nizamsız xoruldayanlarla müqayisədə müntəzəm olaraq xoruldayan və ya yuxu apnesi olan insanlarda təxminən iki dəfə artıb”, – Ekkert bildirib.

Yusif EYVAZLI