Sümük ağrısı dəhşətli xəstəlikdən soraq verir

 11:33 28.06.2024     501

İngiltərə Milli Səhiyyə Sisteminin (NHS) mütəxəssisləri sümük ağrısının sağalmaz qan xərçəngi olan miyelomun ilkin əlaməti ola biləcəyini bildirdi.

Redaktor.az  Britaniyanın "Mirror" nəşrinə istinadla xəbər verir ki, tədqiqatçıların araşdırmasına əsasən, miyelom erkən mərhələdə daha çox simptomları biruzə vermədən yaranan xəstəliklər saiyahısına daxildir. Bununla belə,kürək, qabırğa və çanaq sümüklərində daimi ağrımüşahidə edilərsə, bu patologiyanın inkişafına şübhə yarada bilir.

Sözügedən xəstəliyin digər əlamətləri isə bu cür təsnif olunur: anemiya nəticəsində yaranan yorğunluq hissi, zəiflik və nəfəs darlığı; susuzluq, qarın ağrısı, tez-tez sidiyə getmə; çəki itirmə; görmə problemləri və baş ağrıları buna aid edilir.

Xərçəngin digər növlərindən fərqli olaraq, miyeloma adətən, şişlərə səbəb olmur. Alimlər əlavə edir ki, bu xəstəlik sümükləri zədələyir və sağlam qan hüceyrələrinin istehsalına mane olur.

Yusif SƏMƏDZADƏ