Diş həkimi dişlər üçün ən zərərli məhsulların adını AÇIQLADI
"Müəyyən qidaların qəbulu xüsusilə diş sağlamlığı üçün zərərlidir".
Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, diş həkimi Vyaçeslav onlardan ən zərərlilərinin adını çəkib.
Minkonun sözlərinə görə, insan konfet yedikdə şəkər uzun müddət dişlərlə qarşılıqlı əlaqədə olur ki, bu da onlara çox zərər verir.
“Əgər siz karamelləri dişləsəniz, iti kənarları diş ətinizə xəsarət yetirə və ya minanı qaşıya bilərsiniz. Bundan əlavə fındıq, toxum, kraker, quru meyvələr minaya zərər verə bilər”, - deyə həkim izah edib.
Şirin qazlı içkilər də dişləriniz üçün təhlükəlidir. O, əlavə edib ki, sitrus meyvələri və təzə sıxılmış şirələr diş minası üçün yaxşı deyil, çünki tərkibində çoxlu turşu var. Bundan əlavə, həkim kofe içkilərinin həddindən artıq istehlakı barədə xəbərdarlıq edib.
Yusif EYVAZLI