Alkoqolun səbəb olduğu xroniki iltihab - Həkimdən XƏBƏRDARLIQ
"Mədəaltı vəzinin xroniki iltihabının əksər hallarının səbəbi spirtli içkilərdir".
Redaktor.az xəbər verir ki, endokrinoloq Əminə Kuşiterova "Gazeta.Ru" ilə söhbətində bu təhlükə barədə xəbərdarlıq edib.
O, spirtin mədəaltı vəzinin daha çox həzm fermenti istehsal etməsinə səbəb olduğunu və spazmlara səbəb olduğunu izah edib. Həkim bildirib ki, məhz bu spazm son nəticədə iltihaba gətirib çıxarır.
Kuşiterova əlavə edib ki, xroniki pankreatit hallarının 60-70 faizinin səbəbi spirtdir. O, bu xəstəliyi təhrik edən digər risk faktoru kimi siqareti adlandırıb. Həkimin sözlərinə görə, bu pis vərdiş xroniki pankreatitin inkişaf riskini və bu xəstəlikdən ölüm ehtimalını artırır.
Yusif EYVAZLI