Yaponlar zəkasını bu ədviyyata borcludur
Yaponların beyin funksiyaları yaşlandıqca da dəyişməz qalır. Alimlər yaponların hətta 60 yaşdan sonra belə öz beyin fəaliyyətlərini qoruyub saxlamalarını vasabiyə borclu olduqlarını bildirirlər.
Redaktor.az medicina-ya istinadən xəbər verir ki, xüsusi bitkidən əldə edilən vasabi son illərdə suşinin məşhurlaşması ilə bütün dünyada istifadə edilən ədviyyata çevrilib. Lakin bir çox restoran vasabi əvəzinə başqa maddələrdən istifadə edir. Bunun səbəbi də əsl vasabinin çox bahalı olmasıdır.
Son tədqiqatlar göstərir ki, vasabi xüsusilə 60 yaşdan yuxarı insanlarda beyin funksiyasını yaxşılaşdıra bilər. Vasabinin beyin gücləndirici potensialı yaddaş funksiyasına da təsir edir.
Bir araşdırma çərçivəsində elm adamları 72 yaşlı insanlara gündəlik 100 mq vasabi ekstraktı veriblər. Onlar bu zaman nə baş verəcəyini görmək istəyirdilər. Təcrübə 12 həftə davam etdirilib. Vasabi qəbul edən və etməyən iki qrup arasında yaddaş fərqi elm adamlarını təəccübləndirib. Belə ki, gecələr vasabi həbi qəbul edənlərin yaddaşı möhkəmlənib. Onların həm uzunmüddətli, həm də qısa müddətli yaddaşı maksimuma yüksəlib.
Vasabinin faydaları aşağıdakı kimi sıralanır:
* Koqnitiv funksiyaları artırır
* Bağırsaqlar üçün faydalıdır
* İmmuniteti gücləndirir
* Sümüklər üçün faydalıdır
* Xərçəng riskini azalda bilər
* Ürək sağlamlığını dəstəkləyir
* İltihab əleyhinə xüsusiyyətlərə malikdir
* Antibakterial xüsusiyyətlərə malikdir
* Mövsümi allergiyanı aradan qaldırır
* Tənəffüsü yaxşılaşdırır
* Çəkini azaltmağa kömək edir.