Plastik şüşələr diabet riskini ARTIRIR

 17:40 01.07.2024     315

Plastik şüşələrdəki əsas kimyəvi komponent II tip diabet riskini artırır. 

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, "Diabetes" jurnalında dərc olunan yeni araşdırmaya görə, qida və içki qablaşdırmalarının, o cümlədən plastik su şüşələrinin hazırlanmasında istifadə edilən kimyəvi maddə olan "BPA" bədənin şəkər metabolizmasını tənzimləyən "insulin hormonuna həssaslığı" azalda bilər.

Paslanmayan polad və ya şüşə butulkalardan istifadə etməklə "BPA"ya məruz qalmanın minimuma endirilməsi diabet riskini azalda bilən tədbirlərdəndir.

Plastik butulkalar rahatlığına görə dünyanın hər yerində mövcuddur, lakin artan tədqiqatlar onların kimyəvi komponentlərinin sağlamlığa təsiri ilə bağlı narahatlıqları artırır.

Aygün MİRAKİF